Azərbaycan Boks Federasiyasında (ABF) Moskva günləri çərçivəsində Moskva və Bakı şəhərlərinin boks üzrə yeniyetmə idman komandaları arasında yoldaşlıq görüşü keçirilib. ABF-nin mətbuat xidmətindən SİA-ya verilən məluamata görə, hər iki ölkənin idmançıları 7 çəki dərəcəsində qüvvələrini sınayıblar. Yoldaşlıq görüşündə 48 kq çəki dərəcəsində Fərid Səfərli – Vadim Yuşin, 50 kq-da Əflatun Babayev – Aleksandr Muşikov, 52 kq çəkidə Elşən Cəbiyev – Anatoli İonov, 54 kq çəki dərəcəsində Vüqar Məmmədli – Vitaliy Boytsov, 57 kq-da Səbuhi Abışov – Qlev Zverev, 59 kq çəkidə Rüfət Nəbiyev – Hacımurad Buriyev və 65 kq çəki dərəcəsində Nəcəb Niftəliyev – Deni Axmatov qarşılaşmaları keçirilib. Yarış Azərbaycan boksçularının 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB