Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edən AZAL klubu birhəftəlik toplanışa yekun vurub. SİA-nın məlumatına görə, noyabrın 11-17-si aralığında komandanı təlim-məşq toplanışına cəlb edən baş məşqçi Tərlan Əhmədov yetirmələrini 2 yoxlama oyununda sınayıb. Gündəlik məşqlərin yorğunluğu fonunda oynanılan iki qarşılaşmada həm də ehtiyat qüvvə baxışdan keçirilib. Noyabrın 14-də "Kəpəz" və 17-də "Çıragan"la görüşlərdə əvəzedici heyətdən dəvət olunan Zeynal Zeynalov, Əsgər Hüseynov, Elməddin Səfərov, İsa Zeynallı kimi gənclər istedadını göstərmək üçün şans qazanıb. Dünən toplanışa yekun vuran AZAL artıq "İnter"lə oyunun hazılıqlarına başlayıb. Gündə bir dəfə məşqə çıxan futbolçular arasında iki zədəli var. Bu yaxınlarda Ankarada əməliyyat olunan Seymur Əsədov və əzələsini dartan kapitan Rail Məlikov məlum səbəblərdən məşqlərdən kənarda qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB