İslandiyanın Reykyavik şəhərində keçirilən şahmat üzrə Avropa komanda çempionatında 5-ci turun görüşləri çərçivəsində kişilərdən ibarət seçmə komandamız Rusiya millisi ilə qarşılaşıb. SİA-nın məlumatına görə, birinci lövhədə millimizin lideri Şəhriyar Məmmədyarovun Pyotr Svidlerlə sülh bağlamasının ardından digər şahmatçılarımız - Teymur Rəcəbov, Arkadi Naydiç və Eltac Səfərli də görüşü heç-heçə başa vurublar - 2:2
Şəhriyar Məmmədyarov - Pyotr Svidler 0.5-0.5
Teymur Rəcəbov - Aleksandr Qrişuk 0.5-0.5
Arkadi Naydiç - İan Nepomniatçi 0.5-0.5
Eltac Səfərli - Dmitri Cokovenko 0.5-0.5
Qadınlardan ibarət millimiz isə Danimarka seçməsi ilə qarşılaşıb. Görüş 4:0 hesabı ilə millimizin xeyrinə başa çatıb.
Nina Hoiberg - Zeynəb Məmmədyarova 0-1
Sandra De Blecourt - Gülnar Məmmədova 0-1
Esmat Guindi - Xəyalə Abdulla 0-1
Thomine Stolberg-Rohr - Ülviyyə Fətəliyeva 0-1
Altıncı turda kişilərdən ibarət yığmamız Niderland, qadınlardan ibarət millimiz isə Polşa yığması ilə qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB