Ümid Məmmədzadə: “Əsl idmançının hədəfi böyük olmalıdır” FOTOLAR

Ümid Məmmədzadə: “Əsl idmançının hədəfi böyük olmalıdır” FOTOLAR

17 noyabr tarixində Məmmədzadə Ümid Akif oğlu Azərbaycan Milli yiğmasının tərkibində "MMA" qəfəs döyüşü üzrə Dünya Çempionu adını almaq üçün Moldovaya yola düşüb. SİA-nın məlumatına görə, Ümid Məmmədzadə idman ustasıdır, Azərbaycan Milli yiğmasının tərkibində idmanın qaydasız döyüş və kikboksinq idman növü üzrə professional səviyyədə çalışır. Azərbaycan Dövlət İqtisad Universitetinin üçüncü kurs tələbəsi Ümid Məmmədzadə "Qaydasız döyüş üzrə iki qat Dünya Çempionu ", "Kickboxing" idman növü üzrə "Üç qat Respublika Çempionu", "İkiqat Bakı çempionu", "Qafqaz Çempionu", "Heydər Əliyev adına turnir çempionu", "Beynəlxalq turnir çempionu","WAKO üzrə Avropa çempionu" və.s bu kimi adları qazanan həmyerlimiz, həmçinin vilayət yarışlarında da qazandığı qələbələrlə çoxsaylı mükafat və medallar alıb. Onu da qeyd edək ki, idmançı "MMA" qəfəs döyüşü üzrə Dünya Çempionu adını almaq üçün əməkdar məşqçi Hakim Hacıyevin rəhbərliyi altında hazırlaşıb. Ümid Məmmədzadə: " 20 noyabr tarixində, Moldovada beynəlxalq arenaya çıxacam. İndiyə qədər qazandığım sonsuz uğurlarımın sirri fasiləsiz məşqlərimdir və hər zaman zəhmətimin bəhrəsini görmüşəm. Bu yarışda da uğur qazanacağıma inanıram. Digər yarışlarımdakı kimi birinci olub bayrağmızı qaldıraraq, himninimizi səsləndirmək istəyirəm. Bunu xüsusi qeyd etmək istəyirəm ki, mən tək qazandığım uğurlarla yox, vətənimi ölkədən kənarda layiqincə təmsil edən hər bir azərbaycanlının uğuru ilə fəxr edir və ürəkdən sevinirəm".

Həmyerlimizin qələbələrindən böyük fəxr hissi keçirdiyimizi bildirərək, və bu dəfə də MMA qəfəs döyüşü üzrə dünya çempionu fəxri adını qazanmağı arzulayırıq.

Onu qeyd edək ki, 20 noyabr tarixində beynəlxalq yarış "Boeç TV" –də canlı olaraq izləniləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə