İslandiyanın paytaxtı Reykyavik şəhərində keçirilən şahmat üzrə komandalararası Avropa çempionatında IV turun oyunları yekunlaşıb. Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, IV turda hər iki komandamız qələbə qazanıb. Kişilərdən ibarət seçməmiz Türkiyə komandası ilə üz-üzə gəlib. Oyunlar 3.5:0.5 hesabı ilə millimizin xeyrinə başa çatıb.
Şəhriyar Məmmədyarov - Draqan Solak 0.5:0.5
Teymur Rəcəbov - Mustafa Yılmaz 1: 0
Arkadi Naydiç – Barış Esen 1:0
Rauf Məmmədov - Can Emre 1:0
Dörd turdan sonra kişilərdən ibarət yığma komandamız 6 xalla 2-ci yerdədir.
Qadınlardan ibarət komandamız isə norveçli həmkarlarına 2.5:1.5 hesabı ilə qalib gəlib. Komandamızın heyətində Gülnar Məmmədova və Ülviyyə Fətəliyevanın qələbəsinin ardından Xəyalə Abdulla xalları yarı bölüb.
Dörd turdan sonra qadınlardan ibarət milli komandamız 4 xalla 16-cı yerdədir.
Beşinci turda kişilərdən ibarət seçməmiz Rusiya, qadınlardan ibarət millimiz isə Danimarka komandası ilə görüşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB