İtaliyada keçirilən K-1 üzrə dünya çempionatına yekun vurulub. SİA-nın məlumatına görə, təmsilçimiz Ziya Bayramov (80 kq) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. Yarımfinalda Polşa, həlledici görüşdə isə İsveç idmançısına nokautla qalib gələn Z. Bayramov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Daha bir idmançımız - 49 kq çəki dərəcəsində çıxış edən Ramazan Abdullayev də komanda yoldaşının uğurunu təkrarlayıb. Yarımfinalda Almaniya, finalda isə İtaliya təmsilçisindən güclü olan R. Abdullayev dünya çempionatının qızıl medalını qazanıb.
.jpeg)
(1).jpeg)
.jpeg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB