İrlandiya yığması "Avro-2016"nın final mərhələsində mübarizə aparacaq. SİA-nın məlumatına görə, "pley-off" mərhələsinin cavab oyunları çərçivəsində Bosniya və Hersoqavina ilə qarşılaşan İrlandiya millisi 2:0 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, bu komandalar arasında ilk görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, Bosniya və Hersoqavina yığmasının tərkibində "Qarabağ" klubunun qapıçısı İbrahiç Şehiç də yer alıb. Qapıçı qarşılaşmanı ehtiyat oyunçuların skamyasında keçirib.
"Avro-2016"
"Pley-off" mərhələsinin cavab oyunu
İrlandiya - Bosniya və Hersoqovina 2:0
Qollar: Ualters, 24-pen (1:0), 70 (2:0)
İlk oyun 1:1
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB