Bu gün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində Belarus Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri Gennadiy Axramoviç ilə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.
İkitərəfli görüşdə Belarus şirkətləri ilə "Azərbaycan Dəmir Yolları" QSC arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Sonra səfir Gennadiy Axramoviç çıxış edərək, "Azərbaycan Dəmir Yolları" QSC-də bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlardan, İsveçrənin "Stadler Rail Group" şirkətinin "Stadler Minsk" zavoduda istehsal olunmuş ikimərtəbəli elektrik qatarlarının Bakı-Sumqayıt-Bakı marşrutunda istifadəsindən məmnun qaldığını bildirib.
İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB