Gənclər Fransa terrorunun qurbanlarını yad etdilər FOTOLAR

Gənclər Fransa terrorunun qurbanlarını yad etdilər FOTOLAR

Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları, paytaxt gəncləri, idmançılar, ictimai birliklərin nümayəndələri dünən Fransada baş vermiş dəhşətli terror aktında dünyasını dəyişmiş insanları yad etmək məqsədilə bu ölkənin Azərbaycandakı səfirliyinin qarşısına yığışıblar. SİA-nın məlumatına görə, gənclər səfirliyin önünə gül dəstələri qoyub, şamlar yandırıblar. İştirakçılar birlik nümayiş etdirmək məqsədilə Azərbaycan və Fransa bayraqları dalğalandırıblar.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirib ki, Azərbaycan Respublikası erməni terrorundan əziyyət çəkmiş bir dövlət olaraq bu dəhşətin nə olduğunu yaxşı başa düşür. O qeyd edib ki, gənclərimiz belə hadisələri pisləyir və hamını birlikdə mübarizəyə çağırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə