"Xəzər Lənkəran" xeyriyyə yarmarkasında iştirak edəcək

"Xəzər Lənkəran" xeyriyyə yarmarkasında iştirak edəcək

Dekabr ayının 1-dən 31-nə qədər Bakının mərkəzində, Fəvvarələr Meydanında ənənəvi "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkası keçiriləcək. SİA-nın məlumatına görə, bu il "Xəzər Lənkəran" Futbol Klubu da yarmarkada iştirak edəcək. Bir ay ərzində, komandanın azarkeşləri "Xəzər Lənkəran"a məxsus satış nöqtəsindən klubun fan-şopunun rəsmi məhsullarını endirimli qiymətlərlə əldə edə biləcəklər. Həmçinin azarkeşlər qeyd olunan dövr ərzində yarmarkanı ziyarət edəcək komanda üzvləri ilə görüşmək imkanı da əldə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə