Beynəlxalq yoldaşlıq oyunları çərçivəsində Fransa millisi Almaniya yığmasını qəbul edib. SİA-nın məlumatına görə, meydan sahiblərinin 2 cavabsız qolla qalib gəldiyi oyunun keçirildiyi "Stade de France" arenasının ətrafında terror hadisəsi baş verib. Stadionun həndəvərində bir silahlı basqın və 2 partlayış olub. Öncə yaxınlıqdakı barda olan insanlara "Kalaşnikov" avtomatı ilə atəş açılıb, daha sonra isə partlayışlar həyata keçirilib. Partlayışlardan biri stadionun J qapısında olub. Ən az 60 insanın həyatını itirdiyi bildirilir.
Matçı canlı izləyən Fransa prezidenti Fransua Olland partlayış səslərindən sonra mühafizə xidmətinin müşayiəti ilə arenanı tərk edib.
Stadionda olan insanların həyacan və təşvişini azaltmaq üçün arenada musiqi səsləndirilib. Çıxış qapılarının təhlükəsizliyi təmin edildikdən sonra insanların çıxa biləcəyi anons edilib.
Qeyd edək ki, bu hadisə ilə eyni zamanda Fransanın daha 6 yerində terror hadisəsi həyata keçirilib, partlayışlar baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB