Robert Prosineçki: "Bir neçə futbolçu sınaqdan keçiriləcək" AÇIQLAMA

Robert Prosineçki: "Bir neçə futbolçu sınaqdan keçiriləcək" AÇIQLAMA

Futbol üzrə Azərbaycan - Moldova yoldaşlıq oyunu ərəfəsində millimizin baş məşqçisi Robert Prosineçki oyunla bağlı fikirlərini bildirib. SİA-nın məlumatına görə, o, komandamızda zədəli futbolçuların olduğunu qeyd edib: "Bir neçə zədəli oyunçumuz var. Amma mənim planımda yeni futbolçulara şans vermək var idi. Moldova yığması ilə oyunda bir neçə futbolçu sınaqdan keçiriləcək. Bəzi aparıcı futbolçularımız zədə səbəbindən təlim-məşq toplanışında iştirak edə bilmir. Bəziləri isə ümumiyyətlə çağırılmayıb. Amma onların yoxluğu bizim üçün problem yaratmayacaq. Yoxlama oyunu olsa da, bizim üçün vacibdir. Məqsəd yaxşı oyun göstərmək, qələbə qazanmaqdır. Bu oyunda da məhz qələbə üçün oynayacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə