Ronaldo: "Mükafatı Messi qazanacaq"

Ronaldo: "Mükafatı Messi qazanacaq"

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo bu il "Ballon d'Or" mükafatını qazanacağına inanmır. SİA-nın məlumatına görə, o bildirib ki, son iki ildə bu mükafatı qazansa da, bu il buna nail ola bilməyəcək: "Belə mükafatları almaq üçün kuboklar da önəmlidir. Düzdür, mən karyeramın ən yaxşı ilini keçirdim və Avropanın ən çox qol vuran futbolçusu oldum. Ancaq Messi La Liqa və Çempionlar Liqasının qalibi oldu. Mükafatı Messi qazanacaq. Səkkiz ildir bu səhnədə ikimiz mövcuduq. Onunla yaxşı əlaqələrimiz var. Köhnə dostlar deyilik, amma bir-birimizə hörmət edirik".

Qeyd edək ki, sözügedən mükafatı son iki ildə Ronaldo alsa da, ondan öncə "Ballon d'Or" dörd il Messiyə qismət olub.

Bütün xəbərlər Facebook səhifəmizdə