Mustafa Dənizli “Trabzonspor”un yeni baş məşqçisi ola bilər

Mustafa Dənizli “Trabzonspor”un yeni baş məşqçisi ola bilər

Şota Arveladze ilə yollarını ayıran "Trabzonspor" klubunun yeni baş məşqçisi tanınmış mütəxəssis Mustafa Dənizli ola bilər. SİA-nın məlumatına görə, İbrahim Hacıosmanoğlu yenidən klub prezidenti seçilərsə, komandaya baş məşqçi məhz M. Dənizlini gətirəcəyini bildirib. İ.Hacıosmanoğlu oktyabr ayında təcrübəli mütəxəssislə görüşüb və bu barədə söhbət aparıb. O, M.Dənizliyə 1,5 illik müqavilə təklif etməyi planlaşdırır.

Xatırladaq ki, M. Dənizli kayerası ərzində "Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş"la çempionluq sevinci yaşayıb. Mütəxəssis "Xəzər Lənkəran" klubunun da baş məşqçisi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə