Noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Moldova beynəlxalq yoldaşlıq oyununun televiziya vasitəsilə yayım siqnalının əldə olunması üçün AFFA tərəfindən elan edilmiş tenderin nəticəsi müəyyənləşib. SİA-nın xəbərinə görə, AFFA-nın yaydığı məlumatda qeyd olunur ki, tenderin qalibi 10 min AZN təklifi ilə çıxış edən CBC Sport kanalı olub. Kanalın müvafiq müraciəti əsasında AFFA ilə aparılmış danışıqlara uyğun olaraq Azərbaycan - Moldova oyunu CBC Sport kanalında yayımlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB