“Lokomotiv” üçüncü setdə üstün olub

“Lokomotiv” üçüncü setdə üstün olub

Qadın voleybolçular arasında Çempionlar Liqası yarışlarında Azərbaycan komandaları qarşılaşır.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində "Lokomotiv" komandası "Azərreyl"i qəbul edir.

Oyunu idarə etmək üçün Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən serbiyalı Mirko Yankoviç və belaruslu Yuriy Bakunoviç təyinat alıblar.

Görüşün ilk setində "Lokomotiv" komandası 25:14 hesabı ilə üstün olub. Hazırda görüşün ikinci seti oynanılır.

Oyunda ikinci set "Azərreyl"in 25:22 hesablı üstünlüyü ilə yekunlaşıb.

Hazırda görüşün üçüncü seti oynanılır.

Oyunun üçüncü seti "Lokomotiv"in xeyrinə başa çatıb - 25:21.

Hazırda görüşün dördüncü seti oynanılır.

Bütün xəbərlər Facebook səhifəmizdə