Tanınmış parataekvondoçumuza idman ustası dərəcəsi verildi AÇIQLAMA - FOTOLAR

Tanınmış parataekvondoçumuza idman ustası dərəcəsi verildi AÇIQLAMA - FOTOLAR

Azərbaycanın tanınmış parataekvondoçusu Aynur Məmmədova idman ustası adına layiq görülüb. Bu gün gənclər və idman naziri Azad Rəhimov parataekvondoçuya idman ustası dərəcəsinin vəsiqəsini təqdim edib.

SİA-ya açıqlama verən idmançı onu idman ustası adı ilə təltif etdiyinə görə nazir A. Rəhimova minnətdarlığını bildirib: "Cənab nazirə təşəkkür edirəm. Gənclər və İdman Nazirliyinin taekvondo üzrə kuratoru Danyar Teymurlu da işinin öhdəsindən peşkarlıqla gəlir. Ona da minnətdarlığımı bildirirəm. Bu ad mənim məsuliyyətimi daha da artırdı. Bundan sonra da əzmlə məşqlərimi davam edirib, uğurlarımın ardını gətirərək, hər zaman Azərbaycan bayrağını yüksəklərə qaldırıb, himnini səsləndirməyə çalışacağam".

Bütün xəbərlər Facebook səhifəmizdə