"Qalatasaray"ın hollandiyalı futbolçusu Uesli Sneyder bu ölkənin milli komandasına çağrılmayan "Fənərbaxça"nın ulduzu Robin van Persi haqqında danışıb. SİA-nın məlumatına görə, Sneyder bildirib ki, 2 il öncə özü də belə bir halla qarşılaşıb və çox çalışaraq yenidən milliyə dəvət olunub. O, Van Persinin nələr hiss etdiyini başa düşdüyünü qeyd edib: "Bu vəziyyətdə iki cür hərəkət etmək olar. Ya yaşananları araşdırmalı, ya da daha çox çalışmaq lazımdır. Mən ikincini seçdim. Van Persi də eyni düşüncəyə sahibdir. O, baş məşqçiyə əksini sübut etmək üçün daha çox çalışacaq".
Sneyder Van Persi ilə görüşdüyünü, söylənilən fikirlərə çox qulaq asmamalı olduğunu tövsiyyə etdiyini deyib: "O, dəyərini bilir. Fikrini oyunlarına cəlb etməlidir. Milli komanda da yenidən oynayacağı vaxt gələcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB