Raqif Abbasov: “Formula-1” üzrə Avropa Qran-prisinin təşkilati işləri ölkəmiz üçün asan olacaq" AÇIQLAMA
"Paytaxtda keçirilən hər-hansı beynəlxalq əhəmiyyətli yarış ölkəmiz üçün faydalı və önəmlidir". Bu sözləri SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib. O, gələn il Bakıda keçiriləcək "Formula-1" üzrə Avropa Qran-prisinə hazırlığın yüksək səviyyədə aparıldığını, ilk Avropa Oyunlarından sonra bu yarışın təşkilati işlərinin yerinə yetirilməsi üçün böyük təcrübə olduğunu bildirib: "İlk Avropa Oyunları zamanı ölkəmizdə böyük təcrübə qazanılıb. Bura könüllülərin formalaşması, infrastrukturun hazırlığı, media ilə işin qurulması, atletlərin yerləşdirilməsi, qidanlanması, təhlükəsizlik və s. məsələlər daxildir. Buna görə, gələn il Bakıda keçiriləcək "Formula-1" üzrə Avropa Qran-prisinin təşkilati işləri ölkəmiz üçün asan olacaq. Bu yarış ölkəmizin tanıdılması və turist axını baxımından çox əhəmiyyətlidir. Hələlik zaman bizə imkan verir ki, işimizi maarifəndirmə, təbliğat və insanlara məlumat verilməsi istiqamətində quraq".
R. Abbasov qeyd edib ki, "Formula-1" yarışlarının milyonlarla azarkeşi var: "Sözügedən yarışları milyonlarla insan canlı olaraq televizorlarda izləyəcək və minlərlə insan Azərbaycana gələcək. Bunun üçün tanıtım işləri, könüllülərə bu istiqamətdə treninqlərin keçirilməsi, yarışın keçiriləcəyi ərazinin hazırlanması və texniki heyətin cəlb olunması istiqamətində işlər aparılmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB