Kollegiya sədri: "Gənclərdə hakimliyə maraq yüksək səviyyədədir" FOTOLAR

Kollegiya sədri: "Gənclərdə hakimliyə maraq yüksək səviyyədədir" FOTOLAR

Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyası yeni hakimlər üçün növbəti təlim-seminar keçirib. SİA-nın məlumatına görə, hakimliyə yeni başlayacaq gənclərə güləş qaydaları barədə nəzəri və praktiki məlumatlar verilib. Gənc hakimlər ilk olaraq 12-13 noyabrda Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında kiçik yaşlı yeniyetmələr arasında "Gələcəyin Olimpiyaçıları" komanda yarışlarında sınaqdan keçiriləcəklər. Sınaqdan uğurla keçən gənclər milli dərəcəli hakim kimi yerli turnirlərdə görüşlərin idarə edilməsində iştirak edəcəklər.

AGF Hakimlər Kollegiyasının sədri Bəhmən Talebi gənclərin hakimliyə marağının yüksək olduğunu bildirib: "Biz mütəmadi olaraq hakimliyə maraq göstərən gənclərlə görüşlər keçiririk. Hər bir yarışdan öncə hakimlər üçün təşkil etdiyimiz seminarlarda mövcud güləş qaydaları haqda məlumatlar verir, mübahisəli epizodlar barəsində fikir mübadiləsi aparırıq. Sevindirici hal odur ki, gənclərimizin güləş idmanına olduğu kimi, güləş hakimliyinə də böyük maraqları var. Biz də Kollegiya olaraq çalışırıq ki, onların bu maraqlarını, istəklərini reallaşdırmalarına yardım edək".

Bütün xəbərlər Facebook səhifəmizdə