Noyabrın 12-14-də Rusiya Federasiyasının Vladikavkaz şəhərində əməkdar idman ustası Yuriy Qusovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında (1995-1997-ci il təvəllüdlü) beynəlxalq turnir keçiriləcək. SİA-nın məlumatına görə, turnirdə məşqçi Siracuddin Eldarovun rəhbərliyi altında sərbəst güləş üzrə ölkə yığma komandasının üzvləri də iştirak edəcək. Heyətdə Əliabbas Rzazadə (50 kq), Qadisa Qeriya (60 kq), Orxan Abbasov, Kamil Hüseynov (hər ikisi 66 kq), İsmayıl Abdullayev (74 kq), Murad Xalıqov, Axra Cergeniya (hər ikisi 84 kq) və Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) yer alıb.
Görüşlərin idarə edilməsində ölkəmizi Murad Əliyev təmsil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB