Menecer: "Ronaldo karyerasını “Real Madrid”də bitirəcək"

Menecer: "Ronaldo karyerasını “Real Madrid”də bitirəcək"

Son zamanlar adı PSJ və "Mançester Yunayted" klubları ilə hallanan məşhur futbolçu Kristiano Ronaldonun meneceri Corqe Mendes yayılan xəbərlərə münasibət bildirib. SİA-nın məlumatına görə, menecer qeyd edib ki, tanınmış futbolçu karyerasını "Real Madrid"də bitirəcək. O, Ronaldonun "Mançester Yunayted"i də çox sevdiyini, ancaq işinə "Real Madrid"də davam edəcəyini və burda sona çatdıracağını vurğulayıb.

C. Mendes 30 yaşlı futbolçu ilə bağlı çəkilən sənədli film haqqında danışıb: "Filmdə insanlar Ronaldonun fərqli cəhətlərinin şahidi olacaqlar. Qısacası, filmi izləyənlər əsl Kristianonu görəcəklər".

Xatırladaq ki, Ronaldo bir müddət əvvəl açıqlamalarında "Real Madrid"dən ayrıla biləcəyini işarə etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə