Güləşçilərimiz Moskva turnirində II yeri tutublar

Güləşçilərimiz Moskva turnirində II yeri tutublar

Moskvada güləş üzrə Avropa Millətlər Kuboku turniri başa çatıb. Turnirdə güləşin hər üç növü üzrə Azərbaycan yığma komandaları mübarizə aparıb. Yarışların üçüncü günündə sərbəst və yunan-Roma güləşi üzrə final görüşləri keçirilib. Hər iki yığma komandamız qrup görüşlərini qələbə ilə başa vurub və finala yüksəlib. Finalda həm sərbəst, həm də yunan-Roma yığmamız Rusiya komandası ilə qarşılaşıb.

Yunan-Roma güləşçilərinin qarşılaşmasında 6:2 hesabı ilə qalib gələn Rusiya komandası turniri ilk sırada tamamlayıb. Azərbaycan yığması isə Avropa Millətlər Kuboku turnirini gümüş medalla başa vurub.

Sərbəst güləşçilərin qarşılaşmasında hesab 5:3 Rusiya yığmasının xeyrinə başa çatıb. Yeddi güləşçi ilə mübarizə aparan sərbəst güləş üzrə yığmamız da Avropa Millətlər Kuboku turnirinin gümüş medallarına sahib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə