Millimizin heyətində dəyişiklik edilib

Millimizin heyətində dəyişiklik edilib

Azərbaycan milli komandasının Bakı Olimpiya Stadionunda Moldova yığması ilə keçirəcəyi beynəlxalq yoldaşlıq oyunu üçün açıqlanmış heyətində dəyişiklik edilib. AFFA-nın mətbuat xidmətindən bildiriblər ki, Almaniyanın "Karlsruhe" klubunun üzvü Dmitri Nazarov zədələndiyi üçün millinin toplanışında iştirak etməyəcək.

Milli komandamızın baş məşqçi Robert Prosineçki "Sumqayıt" klubunun futbolçusu Ağabala Ramazanovu milli komandanın toplanışına dəvət edib.

Azərbaycan-Moldova qarşılaşması noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə