Azərbaycan kikboksçusu daha bir zəfərə imza atdı
Azərbaycan kikboksçusu, 19 qat dünya və 6 qat Avropa çempionu Eduard Məmmədov daha bir zəfərə imza atıb. İspaniyanın Benidorm şəhərində keçirilən kikboksinqin WKA versiyası üzrə dünya çempionatın finalında həmyerlimiz erməni əsilli rəqibi Aşot Xaçaturyanı (Fransa) məğlubiyyətə uğradıb. Bu qələbə sayəsində Eduard Məmmədov növbəti dəfə dünya çempionu titulunu qazanıb.
Final döyüşü barədə danışan Eduard Məmmədov deyib ki, məqsədi rəqibi təkcə məğlub etmək yox, həm də əzmək idi və buna nail oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB