Almaniya Bundesliqasında növbəti "Rur" derbisi həftə sonu "Siqnal-İduna Park"da oynanılıb. "Qəbələ"nin UEFA Avropa Liqasında rəqibi olan Dortmundun "Borussiya" klubu "Şalke"ni 3:2 hesabı ilə məğlub edib. Derbi maçtı bir neçə statistik göstərici ilə əlamətdar olub.
Dortmund təmsilçisinin qabonlu forvardı Pyer-Emerik Obameyanq mövsüm ərzində 14-cü qolunu vuraraq bombardirlər siyahisində liderlik edən Münxenin "Bavariya" komandasının hücumçusu Robert Levandovskiyə çatıb.
Klubun baş məşqçisi Tomas Tuxel isə "qara-sarılar" ilə karyerasının ilk "Rur" derbisini qazanıb.
Eyni zamanda derbidə bərabərlik pozulub. Xatırladaq ki, rəqiblər Bundesliqada 86 dəfə üz-üzə gəliblər. Bu oyunların 31-i "Borussiya"nın, 30 isə "Borussiya"nın qələbəsi ilə nəticələnib. Digər 25 görüş heç-heçə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB