"Xəzər Lənkəran"ın akademiyasının həftəsi

"Xəzər Lənkəran"ın akademiyasının həftəsi

Ötən həftə evdə "Bakı"nı 4:3 hesabı ilə məğlub edən "Xəzər Lənkəran"ın U-17 komandası bu həftə daha bir dramatik qələbə qazanıb. SİA-nın məlumatına görə, "Rəvan"ın qonağı olan Ağadadaş Həmidovun yetirmələri 3:2 hesabı ilə üstün olublar. Şamxal Həsənovun qırmızı kart aldığı oyunda "Xəzər Lənkəran"ın qollarını Yusif Həsənov, Əli Qurbanov və Kamal Dənziyev vurublar.

Cənub təmsilçsinin U-15 komandası bu həftə turnir cədvəlinə əsasən birbaşa rəqiblərindən olan "Qəbələ" ilə qarşılaşmalı idi. Lakin rəqibin beynəlxalq turnirində iştirak etməsi səbəbindən oyun təxirə salınıb. Artıq bugün U-15 Liqasında növbəti turun oyunları keçirilir. "Xəzər Lənkəran" səfərdə "Zirə" ilə qüvvəsini sınayacaq. Oyun saat 18:00-da başlayacaq.

"Xəzər Lənkəran"ın U-16 qrupu isə bu həftə evdə oynayan yeganə komanda olub. "İnter"i qəbul edən Namiq Qarayevin komandası böyükhesablı qələbə qazanıb - 3:0. Bir qolu rəqib futbolçu öz qapısından keçirib, digər iki qolu isə Nurlan Fərəcli və Peyman Səfərzadə vurublar.

Paytaxtda "Neftçi" İB ilə qarşılaşan "Xəzər Lənkəran"ın U-19 komandası isə mövsümdə ikinci dəfə qolsuz heç-heçə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə