Mourinyo nə vaxt gedəcək?

"Çelsi" bu mövsüm Premyer Liqada uğursuz çıxışı ilə diqqət çəksə də, komandanın baş məşqçisi Joze Mourinyo postunda qalacağına inanır. Müqaviləsinin sonuna kimi London klubunda işləyəcəyini dilə gətirən portuqaliyalı mütəxəssis bunları söyləyib:

"Çelsi"dən 4 il, tam olaraq 3 il, 7 ay sonra ayrılacam. Komandanı çətin vəziyyətdən çıxarmağa çalışacam. Mənim səviyyəmdə olan birinin başqasından dərs alması çətindi.

Məcburən öz təcrübələrimdən faydalanmağa çalışıram. Bu səbəbdən texniki heyətə sahibəm. Onlarla hər gün analizlər aparırıq".

Premyer Liqanın geridə qalan 11 turundan sonra 11 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə