Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə gənc cüdoçuların dünya birinciliyi keçirilib. Azərbaycan idmançıları bu yarışda 2 medal qazanıblar. Hidayət Heydərov və Firudin Dadaşov dünya birinciliyinin bürünc medallarına layiq görülüblər.
Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, federasiyada mötəbər yarışda mükafat qazanan cüdoçular, onların şəxsi məşqçi-müəllimləri, milli komandanın məşqçi və texniki heyətinin nümayəndələri ilə görüş keçirilib.
ACF-nin vitse-prezidenti Sadıq Sadıqov çıxış edərək, Prezident İlham Əliyevin hər zaman idman və olimpiya hərəkatının inkişafına xüsusi önəm verdiyini vurğulayıb. O, federasiyanın prezidenti Rövnəq Abdullayevin cüdoçulara göstərdiyi diqqət və qayğını da qeyd edib.
Sonra tədbirdə əməkdar məşqçi Ağayar Axundzadə, milli komandanın məşqçiləri Fərhad Məmmədov, Elçin İsmayılov, uğur qazanan idmançıların şəxsi məşqçi-müəllimləri Tərlan Həsənov, Etibar Bağırov çıxış edərək onlara göstərilən böyük etimada görə federasiya rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Sonda gənclər arasında dünya birinciliyinin mükafatçılarına, onların şəxsi məşqçilərinə, milli komandanın məşqçiləri və texniki heyətinə pul mükafatları təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB