Dünya çempionu: "Tarix yazdım” AÇIQLAMA

Dünya çempionu: "Tarix yazdım” AÇIQLAMA

"İki ay idi ki, təlim-məşq toplanışlarımız davam edirdi. Məşqçilərimiz çox əziyyət çəkirdilər. Altı il idi ki, Azərbaycana kikboksinqin WAKO versiyası üzrə dünya çempionatından qızıl medal gəlmirdi. K-1 versiyası üzrə isə ölkəmizdə heç kim qızıl medal qazanmamışdı. Bu versiyada dünya birincisi olaraq tarix yazdım". Bu sözləri SİA-ya açıqlamasında 54 kq çəki dərəcəsində kikboksinq üzrə dünya çempionatında qızıl medal qazanan Elşad Ələsgərov deyib.

İdmançı dünya çempionatına yollanmamışdan öncə məsuliyyəti yaxşı dərk etdiklərini qeyd edib. O, qarşılaşmalarda bütün gücü ilə döyüşdüyünü bildirib: "Bütün məsuliyyət bizim üzərimizə düşürdü. Belqradda keçirilən dünya çempionatında ilk döyüşdə polşalı rəqiblə qarşılaşdım. K-1 versiyası üzrə döyüşdüyümüzə görə, boyunun uzunluğu rəqibə əlavə üstünlük yaradırdı. Buna görə çətin oldu. Rəqib uzaq məsafədən döyüşürdü. Ona 3:0 hesabı ilə qalib gəldim. Yarımfinalda isə madaqaskarlı güclü idmançı ilə üz-üzə gəldim. Onu da məğlub edib finala vəsiqə qazandım. Finalda Türkiyənin bir nömrəli idmançı ilə qarşılaşdım. O da çox uzun idmançı idi. Diz zərbələrinə görə döyüşü qurmaq çox çətin idi. Məşqçilərin məsləhətlərinə qulaq asdım və döyüşdə də qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəldim".

Bütün xəbərlər Facebook səhifəmizdə