“Payız turniri” başa çatıb

“Payız turniri” başa çatıb

AFFA-nın, Sahə Futbol Federasiyaları İctimai Birliyinin və "Bakcell" şirkətinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə eşitməqüsurlu əlillər arasında keçirilən futzal üzrə "Payız turniri" başa çatıb. SİA-nın məlumatına görə, turnirin qalibi "Birlik" komandası olub. "Zirvə" 2-ci, "Ümid" isə 3-cü yeri tutub.

"Birlik" komandasından Mürşüd Hüseynov ən yaxşı qapıçı, "Ümid" komandasından Elşən Musayev isə ən yaxşı oyunçu adına layiq görülüb. Turnirin ən məhsuldar futbolçusu "Zirvə" komandasının üzvü İsrail Cəbrayılov olub.

Bütün xəbərlər Facebook səhifəmizdə