Hakimlərimiz Xorvatiya–San-Marino oyununu idarə edəcək

Hakimlərimiz Xorvatiya–San-Marino oyununu idarə edəcək

Azərbaycanlı hakimlər briqadası Xorvatiya–San-Marino oyununu idarə edəcəklər. AFFA-dan bildiriblər ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 6-cı qrupu çərçivəsində noyabrın 10-da keçiriləcək oyun Orxan Məmmədovun rəhbərlik etdiyi hakimlər briqadası tərəfindən idarə olunacaq.

Ona Yaşar Abbasov və Vaqif Musayev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə