Akkan Suver: "Azərbaycana təşəkkür edirik"

Akkan Suver: "Azərbaycana təşəkkür edirik"

Azərbaycanda Milli Məclisə seçkiləri izləyən Türkiyənin Mərmərə Qrupunun müşahidələrinin nəticələri ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Mərmərə Qrpunun Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver, Qrupun İdarə Heyətini üzvləri Şamil Ayrım, Fatih Saraçoğlu və digərləri iştirak edib.

A. Suver bildirib ki, təmsil etdiyi qurumun rəsmiləri beynəlxalq müşahidəçilər statusunda üç qrupa bölünərək seçkiləri izləyiblər. Onun sözlərinə görə, ilk qrup Xətai, Xəzər, Nizami və Yasamal, ikinci qrup Suqayıt, üçüncü qrup isə Bakınln digər rayonlarında səsverməni müşahidə ediblər: "Müşahidələrimiz zamanı bəlli oldu ki, son izlədiyimiz Yunanıstan seçkiləri də daxil olmaqla Azərbaycanda qərbdən daha yaxşı seçkilər keçirildi. Qərb Azərbaycandan nümunə götürməlidir.Ölkənizdə təşkil olunmuş seçkilər şəffaf və demokratik idi. Hər kəs səsverməyə böyük sevinclə gedirdi. Məntəqələrdə quraşdırılan kameralar da seçkilərə nəzarəti daha da asanlaşdırırdı. Türkiyə hələ belə sistemə keçməyib. Bizim ölkəmizdə də dünən Parlament seçkiləri keçirildi. Çox şadam ki, bu seçkilər də uğurla təşkil olundu.

Azərbaycanın uğurlarına dost ölkələr sevinir, digərləri isə qısqanclıq edirlər. Buna görə də Azərbaycana ləkə yaxmağa çalışırlar. Ölkənizdə Avroviziya mahnı müsabiqəsi və ilk Avropa Oyunları uğurla keçirildi. Bütün bu möhtəşəm tədbirləri yüksək səviyyədə keçirdiyinə, türk dünyasının üzünü ağartdığına görə Azərbaycana təşəkkür edirik".

Qrupun digər rəsmiləri də Milli Məclisə seçkilərin demokratik və şəffaf şəkildə keçirildiyini, Azərbaycanın bu sahədə uğurlu nəticə əldə etdiyini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə