Avropa çempionatının püşkü atılıb

Oyunlara Azərbaycan və Gürcüstan birgə ev sahibliyi edəcək
Avropa çempionatının püşkü atılıb

Azərbaycanın və Gürcüstanın 2017-ci ildə birgə ev sahibliyi edəcəyi qadın voleybolçular arasında Avropa çempionatının oktyabrın 31-də püşkü atılıb. Oktyabrın 31-də Lüksemburqda Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi təşkil olunub.

Meydan sahibi olan Azərbaycan və Gürcüstan, həmçinin Rusiya, Hollandiya, Serbiya, Türkiyə və Almaniya yığmalarının vəsiqə qazandığı final mərhələsindəki digər 9 yer uğrunda 29 komanda mübarizə aparacaq.

Onlardan səkkizi gələn il mayın 19-22-də birinci seçmə mərhələdə çıxış edəcək. Bu mərhələdə iki qrup qalibi və ən yaxşı ikinci yerin sahibi növbəti raunda adlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə