Azərbaycan Premyer Liqasında XI turun növbəti oyunu keçirilib. SİA-nın məlumatına görə, son iki matçda məğlub olmayan AZAL turnir cədvəlinin lideri "Qarabağ"la qarşılaşıb. Oyun Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda təşkil olunub. Matçı İnqilab Məmmədov idarə edib. Görüşün 49-cu dəqiqəsində Ağdam təmsilçisinin futbolçusu Əfran İsmayılov hesabı açıb-1:0. 90+2-ci dəqiqədə isə Raydell Pupon "təyyarəçilər"in qapısından daha bir qol keçirərək, hesab arasındakı fərqi ikiyə çatdırıb. Qarşılaşma bu hesabla da başa çatıb.
Turun bu gün keçirilən digər qarşılaşmalarında isə "İnter" öz meydanında "Zirə" ilə qolsuz heç-heçə edib, "Qəbələ" -"Kəpəz" matçı kəskin duman səbəbindən 29-cu dəqiqədə yarımçıq saxlanılıb. Oyun saxlanana qədər "Kəpəz"in 0:1 hesablı üstünlüyü olub. Qarşılaşmanın qalan hissəsi sabah keçiriləcək. Görüş saat 20:00-da bərpa olunacaq.
Turnir cədvəli:
| 1 | Qarabağ | 10 | 26 |
| 2 | Qəbələ | 10 | 21 |
| 3 | İnter | 10 | 19 |
| 4 | Zirə | 10 | 18 |
| 5 | Kəpəz | 10 | 15 |
| 6 | Sumqayıt | 10 | 11 |
| 7 | Neftçi | 10 | 10 |
| 8 | Xəzər Lənkəran | 10 | 9 |
| 9 | AZAL | 10 | 8 |
| 10 | Rəvan | 10 | 2 |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB