Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində cüdo üzrə "Böyük Dəbilqə" yarışı keçirilir. Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu mötəbər turnirdə Azərbaycan idmançıları da mübarizə aparırlar. Hazırda Abu-Dabidə çəkisi 73 və 81 kq olan cüdoçular medallar uğrunda mübarizə aparırlar.
Yarışları ACF-nin vitse-prezidenti Sadıq Sadıqov və İcraiyyə Komitəsinin üzvü, Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov da izləyirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB