Vətəndaşların müraciətlərinin baxılması qaydası haqqında 10 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası qanununa uyğun olaraq, Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nın sədr əvəzi saleh Məmmədov tərəfindən vətəndaşların qəbulu keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbulda "Azəryolservis" ASC-nin sədr müavinləri, aparat rəhbəri və müvafiq olaraq idarə rəisləri iştirak ediblər.
Qəbula yazılan 30-dan artıq vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri ayrı-ayrılıqda dinlənilib. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin sədr əvəzi Saleh Məmmədov vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar cəmiyyətin aidiyyatı struktur rəhbərlərinə göstərişlər verib. Vətəndaşların müraciətlərinin bir qismi elə yerindəcə öz həllini tapıb, digər məsələlər isə araşdırılması üçün qeydiyyata alınıb.
Qeyd edək ki, Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-də Vətəndaşların müraciətlərinin baxılması qaydası haqqında qanuna uyğun olaraq, vətəndaşların qəbul günlərinin cədvəli təsdiq olunub. Həmin cədvələ əsasən cəmiyyətin sədr əvəzi Saleh Məmmədov tərəfindən hər ayın son 5-ci günü vətəndaşların qəbulu keçirilir.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin sədr müavinləri və idarə rəisləri tərəfindən vətəndaşların qəbul günləri ilə cəmiyyətin rəsmi internet səhifəsinin ( www.ays.gov.az) "Əlaqə" bölməsində tanış olmaq mümkündür.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB