Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda keçirilən Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) 20-ci Assambleyasından sonra, gənclər və idman naziri Azad Rəhimovun Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə rəsmi səfəri başlayır. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfərin məqsədi 31 oktyabr 2015-ci il tarixdə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) VI Forumunda və II hesabat-seçki konfransında iştirakdır.
Forumda gənclərin vətənpərvərlik və mənəvi əxlaqi tərbiyəsində turizmin və tarixin rolu, gənclərin karyera inkişafı, sahibkarlıq və uğura aparan yol, Azərbaycanın ictimai-siyasi həyatı və s. kimi mövzular müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB