Rafael Benites: "Serxio Ramosa pivə içməyi qadağan etməmişəm" AÇIQLAMA
"Real Madrid" klubunun baş məşqçisi Rafael Benites mediada haqqında yer alan iddialara cavab verib. SİA-nın məlumatına görə, mütəxəssis yazılanların tamamilə yalan olduğunu qeyd edib: "Mediada yazırlar ki, guya mənim xüsusi qadağalarım var. Bunların hamısı əsası olmayan hekayələrdir. Mən Serxio Ramosa pivə içməyi qadağan etməmişəm. Salatlara vurulan zeytun yağına da müdaxilə etmirəm.
Komandamızın ölkə çempionatında və Çempionlar Liqasında belə gözəl başlanğıcına rəğmən, yenə də müzakirə obyektiyik. Komandam sadəcə hədəflərimizə köklənib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB