"Fənərbaxça" klubunun baş məşqçisi Vitor Pereyra "Osmanlıspor"u 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Portuqaliyalı mütəxəssis çətin rəqiblə qarşılaşdıqlarını qeyd edib: "Səfərdə oynamağımız da matçın çətinliyini artırmışdı. Heyətimiz komanda ruhunu göstərmək istədi və belə oyunla qələbə qazandıq. Gərgin qarşılaşmaların ardından hazırlaşmaq asan olmur".
Baş məşqçi media mənsublarının verdiyi sualların birinə sərt reaksiya verib. Jurnalistin "Azarkeşlər "Fənərbaxça"nın rəqibə qarşı təzyiqli oyun göstərməli olduğunu düşünürlər. Bu haqda nə deyə bilərsiniz?" sualına mütəxəssis belə cavab verib: "Qeyri-ciddi suallar verməyin! "Ayaks" və "Qalatasaray" qarşısında təzyiq göstərən, qol epizodları yaradan "Fənərbaxça" yox idi? Belə suallar verməyin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB