"Qalatasaray" klubunun futbol direktoru Cenk Ergün Didye Droqbanın "cim-bom"a qayıdıb-qayıtmayacağına aydınlıq gətirib. SİA-nın məlumatına görə, jurnalistlərin suallarını cavablandıran klub rəsmisi sözügedən futbolçu ilə görüşdüklərini, ancaq bu görüşlərin dostluq məqsədi daşıdığını qeyd edib: "Droqba ilə dostluq məqsədi ilə görüşürük. Onun klubu ilə müqaviləsi davam edir. Eyni rəhbərliyin Avropada başqa klubu da var. İndiyə qədər Droqbanın transferi ilə bağlı mövzu gündəmə gəlməyib".
Qeyd edək ki, futbolçu hazırda ABŞ-ın "Montreal İmpakt" klubunun şərəfini qoruyur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB