2012-ci il London Yay Olimpiya oyunlarının qalibi sərbəst güləşçimiz Toğrul Əsgərov Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilən Milli Olimpiya Komitələri Assosiasiyasının 20-ci Baş Assambleyasında mükafatlandırılıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sərbəst güləşçimiz 20-ci Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasında Avropa qitəsi üzrə ən yaxşı kişi atleti adına layiq görülüb.
Qeyd edək ki, 26 oktyabr tarixindən öz işinə başlayan Assambleyada Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə və MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva iştirak edirlər.
Məlumat üçün bildirək ki, Milli Olimpiya Komitələri Assosiyasiyası 206 Olimpiya Komitələrini birləşdirən qurumdur. Hər il adı çəkilən təşkilatın Baş Assambleyasında müxtəlif mühüm məsələlərin müzakirəsi ilə yanaşı, Qitə Oyunları üzrə ən yaxşı kişi və qadın idmançıların da mükafatlandırılması keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB