Qafqaz Universitetindən NİİM-ə təşəkkür

Qafqaz Universitetindən NİİM-ə təşəkkür

Qafqaz Universiteti tələbələrinin müxtəlif istiqamətlər üzrə təcrübə keçdiyi şirkətlər və dövlət qurumlarının İnsan resursları şöbələrinin rəhbər və nümayəndələri ilə universitetdə görüş keçirilib. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə universitetinin rektoru, professor Əhməd Saniç hər il tələbələrə təcrübə keçmək üçün NİİM-də yaradılan şəraitə görə, Nəqliyyatı İntellektual idarəetmə Mərkəzinin İnsan resursları şöbəsinin rəhbəri Elnarə Mahmudovaya təşəkkürünü bildirib. Görüş zamanı tələbələrə təcrübə keçmək və praktiki işi mənimsəmək üçün şirkətlərdə, dövlət müəssisələrində şəraitin yaradılmasının vacibliyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə