“Hünər meydanı” Respublika seçim turniri start götürüb

“Hünər meydanı” Respublika seçim turniri start götürüb

Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə gənclər arasında "Hünər meydanı" Respublika seçim turniri start götürüb. SİA-nın məlumatına görə, ilk yarış günündə respublikanın bütün rayon və şəhərlərindən 172 sərbəst güləşçi 50, 55, 60, 66, 74, 84, 96 və 120 kq çəki dərəcələrində mübarizə aparır.

Turnir "İdman Azərbaycan" kanalından canlı yayımlanır. Final görüşləri saat 17:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə