Lionel Messi "El Klasiko"da oynaya biləcək?

Həkimlər Messinin bərpa prosesinin yaxşı keçdiyini bildirib.
Lionel Messi "El Klasiko"da oynaya biləcək?

"Barselona"nın həkimləri komandanın ulduz futbolçusu Lionel Messinin zədədən sonrakı bərpa prosesindən razı qalıblar. Bu barədə Kataloniyanın "Sport" qəzeti xəbər yayıb.

Bu isə o deməkdi ki, argentinalı forvard La Liqanın XII turunda "Real"la səfərdə keçiriləcək oyuna qədər tam hazır olacaq.

Daha əvvəl bildirilirdi ki, Messi dizindəki problemə görə ən azı 7-8 həftə yaşıl meydanlardan uzaq qalacaq.

"Real" - "Barselona" görüşü noyabrın 21-i keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə