Tərlan Əhmədov: "Qəbələ" ilə oyun ağır keçdi" AÇIQLAMA

Tərlan Əhmədov: "Qəbələ" ilə oyun ağır keçdi" AÇIQLAMA

"Həqiqətən də "Qəbələ" ilə oyun ağır keçdi". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının 10-cu turunda səfərdə "Qəbələ" ilə heç-heçə edən AZAL-ın baş məşqçisi Tərlan Əhmədov oyun haqda fikirlərini bildirərkən deyib. Mütəxəssis bildirib ki, öz meydanında oynayan "Qəbələ" öncəki görüşdə də xal itirmişdi və buna görə aqressiv oynayacağı öncədən məlum idi: "Biz isə "Neftçi" ilə oyundan sonra uğurlu seriya yaratmaqda maraqlı idik. Tagim Novruzov və Seymur Əsədovun yoxluğunda yarımmüdafiədə problem yaşadıq. Bütün bu problemlərə baxmayaraq, xal qazana bildik. Futbolçulara təşəkkür edirəm. Yolumuz bəllidir. Nə qədər ağır olsa da, bu yolla davam edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə