“Lokomotiv” bu gün “Dinamo Kazan”la qarşılaşacaq

“Lokomotiv” bu gün “Dinamo Kazan”la qarşılaşacaq

Bakının qadınlardan ibarət "Lokomotiv" voleybol klubu Çempionlar Liqası yarışlarında ilk oyununu bu gün səfərdə keçirəcək. SİA-nın məlumatına görə, Rusiyada "Dinamo Kazan" komandası ilə qarşılaşacaq "Lokomotiv"in oyununu finlandiyalı hakimlər Kari Partiainen və kiprli Georgios Papageorgiou idarə edəcəklər.

Çempionlar Liqası yarışlarının "A" qrupunda "Lokomotiv", "Azərreyl" (hər ikisi Azərbaycan), "Dinamo Kazan" (Rusiya) və Almaniyanın "Alyants Ştutqart" komandaları mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə