Mourinyo “Çelsi”dən ayrılsa...

30 milyon funt sterlinq təzminat alacaq
Mourinyo “Çelsi”dən ayrılsa...

"Çelsi" komandasının baş məşqçisi Joze Mourinyo London klubu ilə yollarını ayıracağı təqdirdə 30 milyon funt sterlinq təzminat alacaq. "The İndependent" qəzeti xəbər verir ki, portuqalıyalı mütəxəssislə klub arasında mövcud müqavilənin müddəti 2019-cu ildə başa çatacaq. Karyerasında ikinci dəfə 2013-cü ildə "Çelsi"nin sükanı arxasına keçən Mourinyo ötən mövsüm komanda ilə çempion titulunu qazansa da, hazırda londonlular Premyer Liqada uğursuz çıxış edirlər. On turdan sonra aktivində 11 xal olan "Çelsi" Premyer Liqada 15-ci sırada qərarlaşıb.

"Çelsi" növbəti turda "Liverpul" ilə oyunda qalib gələ bilməsə klubun sahibi Roman Abramoviçin portuqaliyalı mütəxəssisi istefaya göndərəcəyi bildirilir. R.Abramoviçin baş məşqçi vəzifəsinə "Bavariya"nın çalışdırıcısı Pep Qvardiolanı gətirmək istədiyi qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə