“Azərreyl”in “Alyants Ştutqart” ilə oyununun hakimləri müəyyənləşib
Oktyabrın 28-də Bakının qadınlardan ibarət "Azərreyl" voleybol klubunun Çempionlar Liqasında doğma meydanda keçirəcəyi ilk oyununun hakimləri müəyyənləşib. SİA-nın məlumatına görə, "Azərreyl"in Almaniyanın "Alyants Ştutqart" komandası ilə qarşılaşacağı oyunu idarə etmək üçün Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən polşalı Katarjina Sokol və estoniyalı Tumas Murulo təyinat alıblar.
Çempionlar Liqası yarışlarının "A" qrupunda "Lokomotiv", "Azərreyl" (hər ikisi Azərbaycan), "Dinamo Kazan" (Rusiya) və Almaniyanın "Alyants Ştutqart" komandaları mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB