Həkim: "Şəhriyar Əliyevin durumu normaldır"

Həkim: "Şəhriyar Əliyevin durumu normaldır"

"Topaz Premyer Liqasının IX turu çərçivəsində reallaşan "Kəpəz" - "Xəzər Lənkəran" oyununun 70-ci dəqiqəsində zədələnərək əvəzlənən Şəhriyar Əliyevin durumu yaxşıdır. Epizodların birində əzələsi dartılan müdafiəçi oyunu davam etdirə bilməsə də, sağlıq durumunda ciddi bir şey yoxdur". SİA-nın məlumatına görə, bu fikirləri komandanın həkimi Şıxəli Həsənov deyib. O, futbolçunun vəziyyətinin normal olduğunu qeyd edib: "Şəhriyarın durumu normaldır. Tezliklə bərpa olunacaq. Fərdi qaydada yüngül formada məşq edə bilər. Yenidən bir daha müayinə edib, baş məşqçiyə durumu haqda məlumat verəcəyik. Bundan sonra qarşıdakı çempionat matçında oynayıb-oynamayacağına aydınlıq gələcək".

Qeyd edək ki, komandanın aparıcı futbolçularından sayılan Şəhriyar Əliyev cari mövsümdə yalnız bir oyunda "Kəpəz"ə kömək edə bilməyib. Futbolçu cəzalı olduğundan "Zirə" ilə matçı buraxmaq məcburiyyətində qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə